Azərbaycanda özəl təhsil sektoru yeni anlayışdır - Emin Əmrullayev
Azərbaycanda özəl təhsil sektoru yeni anlayışdır. Bu sektorun artması nazirlik üçün kifayət qədər vacibdir. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. “Özəl təhsil müəssisələrində uşaqların ətrafında fərqli imkanlar yaranır. Elə Azərbaycanla Türkiyə arasında ən qabaqcıl istiqamətlərdən biri təhsildir. Hazırda Türkiyədə 28 min azərbaycanlı tələbə təhsil alır”, - deyə nazir əlavə edib.