Azərbaycanda Ramazan ayı başlayıb
Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-dir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva verib. Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir. Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 gün - aprelin 10-dan 14-dək qeyri-iş günü olacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.
Vüsalə Cənnətova