Azərbaycanda qohum evlilikləri artıb
Azərbaycanda qohum evliliklərinin sayı artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikahın qeydə alındığını bildirib. 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb. Qohum evliliklər arasında boşanmaların da sayında artım var. Ən çox qohum nikahlar Bakıda, Mil-Muğan və Lənkəran-Astara regionlarında qeydə alınıb.
Fərid Mehdiyev