Azərbaycanda qadınlar minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar
Ağdam rayonunun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib. Bu 16 min hektardan çox ərazi deməkdir. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun sözlərinə görə, bu il daha 10 min hektardan çox ərazi təmizlənəcək. Vüqar Süleymanov Azərbaycanda qadınların da minatəmizləmə əməliyyatlarına cəlb olunması üçün kurslara başlanıldığını bildirib.
Vüsalə Cənnətova