Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Seçkilərdə 25 siyasi partiyanın 305 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən 371 nəfərin də siyasi partiya mənsubiyyəti olmasına baxmayaraq, partiyalar tərəfindən irəli sürülməyib. Ümumilikdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün 6478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü azad edilmiş ərazilərdədir. Gəncədə 4 seçki dairəsi üzrə 47 məntəqədə 208 min 708 seçicinin səs verməsi gözlənilir. Parlament seçkilərini 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi izləyir. Bu gün səhər saat 8-də açılan seçki məntəqələrində səsvermə saat 19-a qədər davam edəcək.

Vüsalə Cənnətova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik