Azərbaycanda kredit ödənişlərinə güzəşt edilir
2020-04-25 16:04
Azərbaycanda biznes və istehlak təyinatlı kreditlərin tam və ya qismən gecikdirilməsi halında 30 sentyabra qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək. Mərkəzi Bankın qəbul etdiyi Tədbirlər Planına əsasən bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin ediləcək.
Fərid Mehdiyev