Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb. Agentliyin bir əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə bir nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib. Bundan başqa, Azərbaycanda iki yeni medal təsis edilib. Dövlət başçısının imzaladığı qanunla “Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi” və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medallarının Əsasnamələri təsdiqlənib. Həmçinin Prezident İlham Əliyev Dövlət-özəl tərəfdaşlığı haqqında Qanununu imzalayıb.