Azərbaycanda Gənclər Günü qeyd olunur
Bu gün Azərbaycanda 2 fevral - Gənclər Günü qeyd olunur. Bu tarixin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı ilin 2 fevral tarixində ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla isə bu tarix Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı.
Nərgiz Camal