Azərbaycanda bir şagirdin təhsili üçün xərclənən vəsait açıqlanıb
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb. Onun sözlərinə görə, şagird sayı 30-a qədər olan 477 təhsil müəssisəsində 1 uşağa 7 min manat xərclənir. Nazir cəmi bir şagirin təhsil aldığı məktəb üçün ildə 64 min manat vəsait xərcləndiyini sözlərinə əlavə edib: "Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu rəqəm 30 min manatdır. 600 manat xərclənən məktəb daha yaxşı nəticə verir”.
Fərid Mehdiyev