Azərbaycana texniki yardımın göstərilməsi üçün müzakirələr aparılır
2020-06-25 18:04
”Biz Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyinə tibbi ləvazimatlar vermişik. Söhbət həm qoruyucu vasitələrdən, həm də pandemiya ilə mübarizədə nəzərdə tutulan dgər tibbi ləvazimatlardan gedir”. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin sözlərinə görə, hazırda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycana texniki yardımın göstərilməsi üçün İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparılır.
Vüsalə Camal