Azərbaycana kibertəhdidlər artmaqdadır
“Vətən müharibəsi dövründəki və son sentyabr hadisələri göstərir ki, Azərbaycana kibertəhdidlər artmaqdadır. İnformasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, təhlükəsizlik tədbirləri davamlı olmalıdır”. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin sözlərinə görə, Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni sənədlərin təsdiq olunması da gözlənilir.