Azərbaycan əsgəri istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır
Azərbaycan ordusu ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır. Müdafiə Nazirliyindən məlumat verilib ki, bölmələrdə fasiləsiz xidmət aparılır. Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətlə mütəmadi olaraq məşğələlər keçirilir. Ordu sıralarında olan gənclər qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.
Fərid Mehdiyev