Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadınlardır.
Zülfiyyə Telmanqızı