Azərbaycan şahmatçısı Fransa çempionu olub
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub. Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
Fərid Mehdiyev