Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanda təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. Təmsilçimiz 11 turda 8,5 xal toplayaraq üçüncü yeri tutub. Allahevrdiyeva ötən il də 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qızıl medalını qazanıb.
Fərid Mehdiyev