Azərbaycan Yaponiyadakı sərgidə iştirak edəcək
Azərbaycan “ Ekspo 2025” dünya sərgisində iştirakla bağlı müqaviləyə imza atıb. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan iştirakçı müqaviləsini imzalayan ilk ölkədir. Sərgiyə hazırlıq məqsədilə keçirilən beynəlxalq planlama görüşündə 100-dən çox ölkə təmsil olunur. Budəfəki dünya sərgisi 2025-ci ildə 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” mövzusunda keçiriləcək.