Azərbaycan XİN Çexiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Çexiyaya başsağlığı verib. "Praqada Karlov Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə nazirlikdən bildirilib. Praqanın mərkəzində tələbə David Kozak silahla universitetə gələrək, ətrafındakıları güllələyib. Hadisə Karlov Universitetinin dördüncü mərtəbəsində baş verib. Ən azı 15 ölü və 30-a yaxın yaralının olduğu bildirilir. Hadisə yerinə polisin gəldiyini görən Kozak özünü də güllələyib. Çexiya höküməti hadisənin terrorla əlaqəsi olmadığını açıqlayıb. Həlak olanların xatirəsinə dekabrın 23-ü matəm günü elan edilib.

Vüsalə Cənnətova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik