Azərbaycan və Çin hərbi sahədə əməkdaşlığı müzakirə edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Çin Xalq Azadlıq Ordusunun nümayəndə heyətini qəbul edib. Müdafiə naziri çinli qonaqları Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb. Görüşdə, həmçinin Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.
Fərid Mehdiyev