Azərbaycan və Ukrayna hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və bu xüsusda heç bir dəyişiklik yoxdur
"Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur". Bunu Azərbaycan XİN-nin sözcüsü Leyla Abdullayeva Ukraynada cərəyan edən son hadisələr və bu ölkənin ərazi bütövlüyü və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı sualı cavablandırarkən bildirib.