Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələr aparılıb
26-27 dekabr tarixlərində Rabat şəhərində Azərbaycan ilə Mərakeş arasında siyasi məsləhətləşmələr keçirilib. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan nümayəndə heyəti həmçinin bir sıra təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib.