Azərbaycan və İran arasında yeni körpü istifadəyə verilib
Bu gün Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpü istifadəyə verilib. Körpünün tikintisinə 5,8 milyon avro vəsait xərclənib. Astaraçay üzərində körpünün istifadəyə verilməsi ilə ilk mərhələdə yeni sərhəd keçid məntəqəsindən yük maşınlarının keçidi təşkil olunacaq. Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metrdir.
Vüsalə Cənnətova