Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində danışıqları davam etdirəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün də davam edəcək. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, birbaşa dialoq gələcək irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur. Ötən gün Bayramov və Mirzoyan əvvəlcə ikitərəfli, daha sonra Berbokun iştirakı ilə üçtərəfli formatda danışıqlar aparıblar. Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.
Fərid Mehdiyev