Azərbaycan və Belarus prezidentləri Şuşaya səfər ediblər
Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşaya səfər çərçivəsində birinci yaşayış kompleksində olublar. Prezidentlər hər iki ölkənin birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verilib.
Fərid Mehdiyev