Azərbaycan UN-HABITAT-ın fəaliyyətinə dəstək verir
Məskunlaşma üzrə ölkə proqramı sənədi - Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyası dövlət başçısına təqdim edib. Ağdamda Prezident İlham Əliyevlə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin görüşündə Azərbaycanın işğaldan azad olunan ərazilərində genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərindən, qısa zaman ərzində şəhərsalma sahəsində müasir yanaşmaların tətbiqindən söz açılıb.