Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək
Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən Türkiyə şirkətləri 517 layihəyə imza atıb. Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən "İş dünyasının görüşü" adlı tədbirdə deyib. Layihələrin dəyəri 18 milyard ABŞ dolları olub: "Tikinti sahəsində əməkdaşlığımızı daha da irəliyə daşıyacağıq”, - deyə Türkiyənin vitse-prezidenti sözlərinə əlavə edib. Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclasının Ankarada keçiriləcəyi, iqtisadi, ticari sahədə əlaqələrin genişləndiriləcəyi də bildirilib.
Vüsalə Cənnətova