Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək - Ceyhun Bayramov
Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi "Twitter" hesabında qeyd edib. "Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında iştirak etməkdən məmnunam. Azərbaycan təsisçi üzv kimi Türk Dövlətləri Təşkilatını dəstəkləyəcək", - deyə nazir əlavə edib.