Azərbaycan taekvondoçusu Avropa çempionu olub
Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı davam edir. Azərbaycan millisinin heyətində Səyyad Dadaşov qızıl medala yiyələnərək Avropa çempionu tituluna layiq görülüb. Çempionata sentyabrın 30-da yekun vurulacaq.