Azərbaycan Premyer Liqasında XXIV tur başlayıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. Açılış matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 35-ə çatdıran "Zirə" 4-cü pillədəki mövqeyini qoruyub. 26 xalı olan "Turan Tovuz" isə 6-cıdır. Günün son oyununda "Qəbələ" "Səbail"in qonağı olacaq.
Vüsalə Cənnətova