Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək. Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Səbail" arasında baş tutacaq. Hazırda "sarı-göylər" 5 xalla 8-ci, "dənizçilər" isə 10 xalla 7-cidir. Oyun saat 15-də start götürəcək. Digər matçda isə "Zirə" 17:30-da "Neftçi"ni qəbul edəcək. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.