Azərbaycan Premyer Liqası keçmiş SSRİ təmsilçiləri arasında ikincidir
Azərbaycan Premyer Liqasının Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı dünya reytinqində postsovet məkanı ölkələrinin çempionatları siyahısında mövqeyi bəlli olub. Dünyada 40-cı, Avropada isə 26-cı pillədə yer alan Azərbaycan yüksək dəstəsi keçmiş SSRİ təmsilçiləri arasında ən yaxşı ikinci göstəriciyə malikdir. Ukrayna çempionatı birinci yerdədir. Qırğızıstan və Tacikistanın yüksək liqaları isə dünya “100-lüy"ünə düşə bilməyiblər.
Fərid Mehdiyev