Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətə başlayıb
Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb. Hərbi həkimlərimiz səhra hospitalında Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları ilə koordinasiyalı şəkildə zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir. Ümumilikdə 20 nəfərlik hərbi tibb personalı qardaş ölkəyə ezam olunub.