Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub
Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub. Mərkəzin fəaliyyəti barədə brifinq təqdim edilib. “Delta” Elmi Hərbi-Texniki Mərkəzində istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib.