Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə böyük işlər görülür
"Azərbaycan komandoları ötən ay sərhəddə Ermənistanın təxribatı zamanı baş vermiş döyüşlərdə öz imkanlarını nümayiş etdiriblər. Onlar vəzifələrini uğurla yerinə yetirdilər". Bunu İstanbulda müdafiə naziri Zakir Həsənov deyib. Nazir Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən işlər çərçivəsində təşkilatı-ştat strukturunun, idarəetmə sisteminin dəyişdiyini sözlərinə əlavə edib.