Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib
Real döyüş şəraitinə uyğunlaşdırılan təlimdə mümkün təxribatın qarşısı alınıb və şərti düşmən zərərsizləşdirilərək ilkin tapşırıq müvəffəqiyyətlə yerinə yetirilib. Növbəti mərhələdə müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub. Təlimin keçirilməsində əsas məqsəd taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargah fəaliyyəti ilə bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşü idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır. Yüksək peşəkarlıqla görülən fəaliyyətlər nəticəsində təlimdə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.