2020-10-24 16:02
Bu gün gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Azərbaycan Ordusu yüksək əhval-ruhiyyə ilə işğal olunan torpaqlarımızı azad edir. Müdafiə Nazirliyi Artileriya bölmələrindəki döyüş əzmini, ruh yüksəkliyini əks etdirən məlumat yayıb. Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin hərbçisi düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Ali Baş Komandanın dediyi kimi, üçrəngli bayrağımızı Şuşada dalğalandırılacağına sonsuz inam və əminlik nümayiş etdiriblər.
Nərgiz Camal