Azərbaycan millisinin yoldaşlıq oyunlarındakı hakimləri bəlli olub
Futbol üzrə Azərbaycan millisinin iyunda keçirəcəyi yoldaşlıq oyunlarının hakimləri bəlli olub.
Macarıstanda Albaniya və Qazaxıstanla qarşılaşacaq yığmamızın matçlarına yerli hakimlər təyinat alıb. Komandamız iyunun 7-də Albaniya ilə, bundan dörd gün sonra Qazaxıstan ilə oynayacaq.
Azad Mustafayev