Azərbaycan millisinin futbolçusu İsveç komandasında qol vurub
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub. 22 yaşlı hücumçu “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib. Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.
Fərid Mehdiyev