Azərbaycan millisinin futbolçuları Türkiyə çempionu olublar
Azərbaycan millisinin futbolçuları “Qalatasaray”ın qadınlardan ibarət komandasının heyətində Türkiyə çempionu olublar. Yığma üzvlərindən Nazlıcan Parlak və Kristina Bakarandze qardaş ölkədə çempionluq sevinci yaşayıb. Onların komandası liqanın sonuncu turunda “ALG Spor”a qalib gələrək Türkiyə çempionu adını qazanıb.
Azad Mustafayev