Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib
Azərbaycan güləşçisi Cocu Səmədov İspaniyada davam edən U-20 dünya çempionatında finala yüksəlib. O, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb. Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.
Vüsalə Cənnətova