Fransa səfiri Zakari Qros Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüşdə oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı etiraz notası diplomata təqdim edilib. Xarici İşlər Nazirliyindən bildirilib ki son zamanlar Azərbaycanla Fransa ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı qeyd edilib. Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.