Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi yaradılır
Baş nazir Əli Əsədov Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb. Qərara əsasən sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılır.