Azərbaycan döyüşçüləri Macarıstanda 5 medal qazanıblar
Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilən beynəlxalq yarışda beş medal qazanıb. Assault növündə böyüklərdən Beyrək Bağırov və gənclərdən Məhəmməd Məmmədli qızıl, yeniyetmələrdən Yusif Süleymanov bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıb.
Fərid Mehdiyev