Azərbaycan diaspor fəalları Berlində aksiya keçiriblər
Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər. İştirakçılar Azərbaycana həmrəylik nümayiş etdiriblər. Alman və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.
Vüsalə Cənnətova