Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Daşkənddə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq. 100 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Kanada təmsilçisi Kayl Reyesə məğlub olub. İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov bürünc medal qazanıb.