Azərbaycan Basketbol Liqasında XVII tur başlayıb
Azərbaycan Basketbol Liqasında XVII tura NTD – “Zirvə Astara” oyunu ilə start verilib. Matçdan öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Oyuna gəlincə, görüşə üstün başlayan NTD basketbolçuları parketdən 92:79 hesablı qələbə ilə ayrılıblar. 17-ci tur çərçivəsində fevralın 11-i saat 19-da Gəncə BK Gəncə olimpiya kompleksində AAAF “Xırdalanı” qəbul edəcək.
Nərgiz Camalzadə