Azərbaycan Basketbol Liqasında 13-cü tur başlayıb
Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib. Turun açılış oyununda "Xırdalan" və "Gəncə" klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan "Xırdalan" güzəştsiz mübarizəyə səhnə olan oyunda önəmli qələbə qazanaraq mövqeyini bir qədər də möhkəmləndirib. Meydan sahibləri rəqib üzərində 93:87 hesabı ilə qalib gəliblər.
Vüsalə Cənnətova