Azərbaycan avarçəkəni Mingəçevirdəki beynəlxalq reqatada qızıl medal qazanıb
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb. İdmançı bir nəfərlik kayakla 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb. O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində fərqlənib. Turnir mayın 3-də başa çatacaq.
Vüsalə Cənnətova