Azərbaycan atleti Macarıstanda medal qazanıb
Azərbaycan marafonçusu Elmir Əskərov Macarıstanın Balatonfüred şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb. O, 40-44 yaş qrupundan olan idmançılar arasında ikinci yeri tutub. Elmir Əskərov iki gün davam edən yarışda 327 km nəticə ilə 200 mil məsafəyə beynəlxalq normativi yerinə yetirib.
Zülfiyyə Telmanqızı