Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk
Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Bunu Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə Alman Birliyi Günü münasibətilə təbrik məktubunda bildirib. Dövlətimizin başçısı Koreya Respublikasının Prezidenti Yun Sok Yola da ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. "Ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır", deyə məktubda qeyd edilib.