Azyaşlı uşağı mikroavtobus vurub
Cəlilabadın Uzuntəpə kəndində marşrut xətti üzrə hərəkət edən mikroavtobus məktəbin qarşısında 2016-cı il təvəllüdlü azyaşlını vurub. Qəza nəticəsində xəsarət alan uşaq, rayon xəstəxanasına aparılıb. Həkimlər məktəblinin vəziyyətini orta-ağır qiymətləndirir. Fakt üzrə araşdırma aparılır.
Fərid Mehdiyev